Musiqi ruhun qidasıdır

Müasir zamanda çox az adam tapılar ki, musiqini sevməsin. Latın dilindən “pərilərin dili” anlamına gələn musiqi bütün dünyada mədəniyyətləri bir-birinə yaxınlaşdıran bir vasitədir. Ancaq musiqini dinləmək təkcə ondan zövq almaq məqsədi ilə kifayətlənmir. O, sadəcə bir neçə notun bir yerdə axıcılığı ilə səsələnməsi deyil, həm də müalicə metodudur.
    Tarixi qaynaqlarda ruhi xəstəliklərin müalicəsini musiqi ilə aparıldığı göstərilir. Çində, Misirdə, Romada və digər inkişaf etmiş şərq ölkələrində musiqi həkimlərin müalicə üsullarından biri olub. İslam şərqinin ən böyük alimləri- Fərabi, İbn Sina, Əbu Bəkr Razi, Şüuri və s. musiqinin tibbi təsirini araşdırmış və onu öz təcrübələrində sınamışlar. Şüuri hansı muğamın günün hansı vaxtında insan sağlığına müsbət təsir etdiyini araşdırmışdır. Melonxoliya xəstələyi haqqında yazdığı kitabında, Əbu Bəkr Razi belə bir fikir söyləmişdir: “Melanxoliklər gözəl səslə oxunan mahnılara qulaq asmalıdır.”

Posted in Uncategorized | Leave a comment

Hello world!

Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!

Posted in Uncategorized | 1 Comment